Hərbi Prokurorluqdan nəşi tapılan hərbçilərlə bağlı MƏLUMAT - FOTO

Hərbi Prokurorluqdan nəşi tapılan hərbçilərlə bağlı MƏLUMAT - FOTO

Hazırda oxunan: Hərbi Prokurorluqdan nəşi tapılan hərbçilərlə bağlı MƏLUMAT - FOTO

23341

Hərbi Prokurorluq nəşi tapılan iki hərbçi ilə bağlı açıqlama yayıb.

Prokurorluqdan Bizim.Media-ya daxil olan məlumatda qeyd edilir ki, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha iki hərbi qulluqçunun - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mustafayev Elvin Fəxrəddin oğlu və əsgər Yusubov Orxan Allahverdi oğlunun şəxsiyyətləri müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə verilməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Bizim.Media




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO