780 min manatlıq mənimsəmədə ittiham olunan şəxsə HÖKM OXUNDU

780 min manatlıq mənimsəmədə ittiham olunan şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: 780 min manatlıq mənimsəmədə ittiham olunan şəxsə HÖKM OXUNDU

233274

Külli miqdarda mənimsəmədə ittiham olunan Ayven Şahmuradovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ayven Şahmuradov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihama görə, Qusar rayonu Quxuroba kənd sakini Ayven Şahmuradov və atası Qayıbxan Şahmuradov ferma və bağçılıq biznesi qurmaq adı ilə Rusiya vətəndaşı Həmdulla Qədirovdan külli miqdarda pul alıblar.

Onlar 2017-2020-ci illərdə H.Qədirovun ümumilikdə 780 min manatını mənimsəməkdə ittiham olunurlar.

A. Şahmuradov barəsində Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO