Daşkəsən rayonunda həyat yoldaşı Atlas Ocaqverdiyevi balta ilə qətlə yetirməkdə təqsirləndirilən Teymur Ocaqverdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 17 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Daşkəsən rayonun Əmirvar kəndində baş verib.
İttihama görə, rayon sakini 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyev qısqanclıq zəminində yaşadığı evdə həyat yoldaşı 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevi balta ilə qətlə yetirib.
O, Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cu (xüsusi amansızlıqla aşkar surətdə köməksiz şəxsi xuliqanlıq niyyəti ilə öldürmə) maddələri ilə ittiham olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:56 / 04.02.2025
Arvadını balta ilə qətlə yetirən şəxsə HÖKM OXUNDU
Hazırda oxunan: Arvadını balta ilə qətlə yetirən şəxsə HÖKM OXUNDU
Hazırda oxunan: Arvadını balta ilə qətlə yetirən şəxsə HÖKM OXUNDU
233236
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.