Sabah saat 10:00-dan fevralın 6-sı saat 07:00-a qədər Bakının Səbail, Nəsimi və Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin edən magistral xətdə təmir-tikinti və yenidənqurma işləri aparılacaq, odur ki, bu rayonların bəzi ünvanlarında su təchizatında fasilə yaranacaq.
Bizim.Media bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, təmir-tikinti işlərinin tamamlanmasından sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:35 / 04.02.2025
DİQQƏT! Bakının üç rayonunda su olmayacaq
Hazırda oxunan: DİQQƏT! Bakının üç rayonunda su olmayacaq
Hazırda oxunan: DİQQƏT! Bakının üç rayonunda su olmayacaq
233162
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.