Rəsulzadə və ailəsinin illər sonra ortaya çıxan ARXİV FOTOLARI

Rəsulzadə və ailəsinin illər sonra ortaya çıxan ARXİV FOTOLARI

Hazırda oxunan: Rəsulzadə və ailəsinin illər sonra ortaya çıxan ARXİV FOTOLARI

233158

Ötən gün Tarix Muzeyində “Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan davası” mövzusunda kütləvi mühazirə keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Əməkdar elm xadimi Solmaz Rüstəmova Tohidi sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, tədbirdə Məhəmməd Əmin Rəsulzadənin nəvələri və digər ailə üzvləri iştirak ediblər.

Tohidi qeyd edib ki, Rəsulzadənin virtual-ev muzeyi üçün yeni fotolar əldə edib. Ona bu şəkilləri M.Ə.Rəsulzadənin böyük qızı Lətifə xanımın ilk övladı, uşaq vaxtı anası və nənəsi ilə birgə Qazaxıstan sürgününün bütün məşəqqətlərini yaşamış Firuzə xanımın oğlu Həsən Məmmədov təqdim edib.

H.Məmmədov göndərdiyi bəzi şəkillərin nə üçün internet müstəvisində olmadığına da aydınlıq gətirib. O, anasının bu şəkilləri özü ilə bütün Qazaxıstanı dolaşdırıb qoruduğunu, sonra Bakıya gətirdiyini, anasının vəfatından sonra isə onların orijinallarını özündə saxladığını bildirib.

Sözügedən şəkilləri təqdim edirik:












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO