Öd kisəsində daş olanlara “mandarin” olar?

Öd kisəsində daş olanlara “mandarin” olar?

Hazırda oxunan: Öd kisəsində daş olanlara “mandarin” olar?

233116

Əgər mədəaltı vəzi və öd kisəsi ilə bağlı probleminiz varsa, naringidən uzaq durmalısınız.

Bizim.Media medicina.az-a istinadən xəbər verir ki, həkim Səbinə Delmanova bu barədə məlumat verib.

“Həzm sistemi xəstəlikləri: qastrit, kolit, mədə xorası, həmçinin mədəaltı vəzi və öd kisəsi ilə bağlı problemləri olan insanlara turş və sitrus meyvələr tövsiyə edilmir.

Pediatrlar bir yaşa qədər uşaqlara naringi verməyi məsləhət görmürlər.

Naringilərin tərkibində şəkər var və qan qlükoza səviyyəsinə təsir edə bilər. Şəkərli diabet xəstələri istehlak etdikləri meyvələrin miqdarına nəzarət etməlidir”, - həkim deyib.

Mütəxəssisin fikrincə, tərkibində yüksək kalium olduğuna görə naringi böyrək xəstəliyi olan insanlar üçün tövsiyə olunmaya bilər, çünki bu, orqanizmdə artıq kaliumun yaranmasına səbəb olur:

“Qastrit və ya mədə xorası olan insanlar üçün naringidəki turşu simptomları narahatlığa səbəb ola bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO