Natiq Cəfərli:

Natiq Cəfərli: "Zəngəzura da eyni statusu tələb etmək lazımdır"

Hazırda oxunan: Natiq Cəfərli: "Zəngəzura da eyni statusu tələb etmək lazımdır"

2330

Azərbaycanın indiki hərbi uğurlarının növbəti mərhələsi təbii ki, diplomatik danışıqlar olacaq. Danışıqlar prossesində Azərbaycan vətəndaşı olan ermənilərin Qarabağa dönüb təhlükəsiz yaşaması məsələsi ilə paralel Ermənistan ərazisindən 1988-ci ildə didərgin salınmış 300 minə yaxın azərbaycanlının da taleyi müəyyənləşdirilməlidir. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Natiq Cəfərli hesab edir ki, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları hansı statusa malik olacaqlarsa, Ermənistana, öz torpaqlarına qayıdacaq azərbaycanlılar da eyni statusa malik olmalıdır:

“Vaxtilə Azərbaycanın tərkibində olan Zəngəzur mahalına, qovulduqları dədə baba torpaqlarına qayıdıb, eyni statusda yaşamalıdırlar. Ancaq bu cür  paralel müzakirələr effekt verə bilər”.

Ekspertin fikirlərinə görə, Azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması Ermənistanın öz gələcəyi üçün də əhəmiyyətlidir:

“Biz qonşu kimi yaşamağa məhkumuq. Dinc qonşuluq münasibətlərinin gələcəkdə Ermənistana da xeyir verə biləcəyini indidən onlara anlatmaq lazımdır. Bundan sonra güman ki, Azərbaycanla Naxçıvanın quru sərhədi, bir keçid bəndi yaranması məsələsi gündəmə gələcək.

Bu hər iki ölkə üçün qarşılıqlı faydalar verə bilər”.

Ağanisə Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO