Bir ailənin 4 üzvü qəzaya uğradı: Ölən və xəsarət alanlar var

Bir ailənin 4 üzvü qəzaya uğradı: Ölən və xəsarət alanlar var

Hazırda oxunan: Bir ailənin 4 üzvü qəzaya uğradı: Ölən və xəsarət alanlar var

232887

Masallıda yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında Ələt-Astara magistral yolunda, Masallı rayonunun Sərçuvar kəndi ərazisində qeydə alınıb.

Lənkəran rayonunun Sütəmurdov kənd sakini 1953-cü il təvəllüdlü Rəsul Ələkrəm oğlu Kərimovun idarə etdiyi avtomobil hərəkət edərkən, eyni istiqamətdə hərəkət edən ağır tonnajlı (TIR) yük avtomobilinə çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan sərnişinlər, Lənkəran rayonunun Sütəmurdov kənd sakinləri 1977-ci il təvəllüdlü Ramin Rəsul oğlu Kərimov, 1986-cı il təvəllüdlü Seyda Etibar qızı Kərimova və 2018-ci il təvəllüdlü Y.Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Masallı rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər. Sürücü R.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəzanın baş verməsinə səbəb qatı dumanlı hava şəraiti olub.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO