“Artıq hamıya məlumdur ki, Aila Rai ötən gün dəhşətli qəza keçirib. Nəticədə onun qabırğaları qırılıb və bədənin müxtəlif üzvləri xəsarət alıb. Bununla əlaqədar o təcili əməliyyat olunub. Bu gün Aila narkozdan ayılıb. Artıq həyati təhlükəsi yoxdur”.
Bizim.Media xəbər verir ki, bu sözləri gənc müğənni Aila Rainin prodüseri Aytən xanım olay-ın əməkdaşı ilə söhbətində deyib.
İfaçının prodüseri ötən gün Elgiz Əkbərin aparıcısı olduğu “Elgizlə izlə” verilişində söylədiyi “Ailanın qəza nəticəsində beli qırılıb” açıqlamasının yalan olduğunu bildirib:
“Elgiz Əkbərin canlı efirdə Ailanın belinin qırılması ilə bağlı verdiyi məlumatın heç bir əsası yoxdur. Çünki, o da məlumatı başqa saytdan götürüb oxuyub. Xeyr, beli qırılmayıb, sadəcə ağır zədələr alıb. Amma Aila əməliyyat olunaraq o zədələr aradan qaldırılıb. Həkimlər isə onun hazırki vəziyyətinin orta ağır kimi qiymətləndirirlər”.
Qeyd edək ki, Aila Rai Şahdağdan qayıdarkən ağır qəza keçirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:28 / 01.02.2025
Ağır qəzaya düşən Ailanın SON VƏZİYYƏTİ
Hazırda oxunan: Ağır qəzaya düşən Ailanın SON VƏZİYYƏTİ
Hazırda oxunan: Ağır qəzaya düşən Ailanın SON VƏZİYYƏTİ
232813
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.