“28 May” metrosunda Yaşıl və Qırmızı xətlər AYRILACAQ

“28 May” metrosunda Yaşıl və Qırmızı xətlər AYRILACAQ

Hazırda oxunan: “28 May” metrosunda Yaşıl və Qırmızı xətlər AYRILACAQ

232525

Bakı Metropoliteninin “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlər ayrılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.

Sərəncama əsasən,Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, “Bakı Metropoliteni” QSC və Nəqliyyatı Əlaqələndirmə Şurası ilə birlikdə 2025-2026-cı illərdə Yaşıl və Qırmızı xətlərin ayrılması ilə bağlı tikintiquraşdırma işlərinin yerinə yetirilməsi və istismara verilməsini təmin etməlidir.

Proqrama görə, 2026-cı ilədək tikinti quraşdırma işlərinin tamamlanması təmin edilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO