Tanınmış ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov bir müddət əvvəl tələbələrin xaricə üz tutmasından danışarkən onların geri qayıtmamasından narahatlığını ifadə etmişdi. Eləcə də o, tibb təhsili alanların təcrübə qazana bilməmələri, bakalavr, ondan sonrakı davamlı tibb təhsili mexanizmində boşluqların olduğunu bildirmişdi.
Bəs, millət vəkilinin qaldırdığı məsələlərlə bağlı çıxış yolu nədədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Elnarə Akimova həmkarının fikirlərinə şərik çıxıb. O, da bu sahədə boşluqların olduğunu bildirib:
“Müşahidələr də bunu deyir ki, Azərbaycandan xarici ölkələrə beyin axını var. Bu, çox ciddi məsələdir. Bizim komissiyanın bir müddət öncəki iclasında da Rəşid müəllim çıxış elədi. Orda da doktorantura mövzusunda danışdı. Düzdür, mən tibb sahəsinin adamı deyiləm, amma əgər bunu Rəşad müəllim kimi alim deyirsə, demək o, işin xırdalıqlarıını bilib deyir. Vəziyyət onu göstərir ki, bizdən Qərbə, Avropaya, Rusiyaya “beyin axını” var".
Millət vəkili qeyd edib ki, bunun qarşısını almağın yolları axtarılmalı, tibb sahəsində təhsil üçün avadanlıqlar təzələnməli, daha müasirləri gətirilməlidir:
"Tələbələrimiz daha çox əməliyyatlarda iştirak etməlidir. Bu, dövlət xəstəxanasıdır, özəldir, ayrıntılar olmamalıdır. Xəstəxanaların hamısının qapıları tələbələrin üzünə açıq olmalıdır ki, geniş təcrübə keçə bilsin, püxtələşsinlər. Praktika nəzəriyyəni əsaslı şəkildə tətbiq etməkdir.
Məncə, bizdə tələbələr nəzəriyyə ilə yaxşı silahlanırlar, amma yetərli qədər praktika olmadığına, biliklərini tətbiq edə bilmədiklərinə görə, Avropaya meyl edirlər. Rezidentura təhsillərini təkmilləşdirirlər, orda da qalırlar. Belə deyək ki, bizim ən yaxşı beyinlərimizi Qərb “udur”.
O vaxt Əli Bəy Hüseynzadə deyirdi ki, “Avropanın mədəsində həzm olunmayaq, onların beyinlərini həzm edək”. Çox təəssüf ki, bu gün Avropa bizim “beyinlərimizi həzm edir” və bu da yaxşı nəticələrə gətirib çıxarmır. Burda uduzan biz və tibbimiz olur. Biz o gəncləri gətirib müəyyən mərhələyədək çatdırırıq, bəlli bir dövrdən sonra onlar gedirlər və geri dönmürlər. Çalışmalıyıq ki, gedənlər ölkəyə geri dönsünlər”.
Rəna Cumaqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:20 / 31.01.2025
“Bizim ən yaxşı beyinlərimizi Qərb “udur”” – Deputat
Hazırda oxunan: “Bizim ən yaxşı beyinlərimizi Qərb “udur”” – Deputat
Hazırda oxunan: “Bizim ən yaxşı beyinlərimizi Qərb “udur”” – Deputat
232488
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.