Bir neçə gün öncə Mingəçevirdə minik maşınının vurduğu 14 yaşlı oğlan dünyasını dəyişdi.
Bizim.Medianın yerli bürosunun verdiyi məlumata görə, Yevlax rayon Meyvəli kənd sakini 14 yaşlı Amil Rzayev xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, yanvarın 23-də Mingəçevirdə Gəncə şosesində yol qəzası baş verib. Qəza nəticəsində 2010-cu il təvəllüdlü Rzayev Amil Habil oğlunu VAZ-2107 markalı avtomobil vurub. Məktəbli hadisədən sonra komaya düşmüşdü.
Hətta nənəsi Laləxanım Rzayeva nəvəsinin komaya düşdüyünü öyrənəndə sirkə turşusu içərək dünyasını dəyişib .
Leyla Vəfadarqızı, Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:46 / 30.01.2025
Mingəçevirdə ailə FACİƏSİ – Qəza xəbərindən özünü öldürən nənənin nəvəsi də həyatını itirdi - FOTO
Hazırda oxunan: Mingəçevirdə ailə FACİƏSİ – Qəza xəbərindən özünü öldürən nənənin nəvəsi də həyatını itirdi - FOTO
Hazırda oxunan: Mingəçevirdə ailə FACİƏSİ – Qəza xəbərindən özünü öldürən nənənin nəvəsi də həyatını itirdi - FOTO
232473
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.