2020-2024 cü illərdə Azərbaycanın işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində “İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir.
Bu barədə Bizim.Media Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə icra olunan avtomobil yolları üzərində ümumi uzunluğu 70,8 km olan 45 tunel, ümumi uzunluğu 9 581,6 m 447 körpü və ümumi uzunluğu 3 871 m olan 16 viaduk inşa edilir.
İndiyədək uzunluğu 59,6 km təşkil edən 28 tunelin, uzunluğu 8 339,1 metr təşkil edən 392 körpünün və uzunluğu 1 695 metr olan 9 viadukun tikintisi başa çatıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:10 / 30.01.2025
Azad olunmuş ərazilərdə neçə avtomobil yolu inşa edilir?
Hazırda oxunan: Azad olunmuş ərazilərdə neçə avtomobil yolu inşa edilir?
Hazırda oxunan: Azad olunmuş ərazilərdə neçə avtomobil yolu inşa edilir?
232455
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.