Bakıya buna görə qar yağmır – AÇIQLAMA

Bakıya buna görə qar yağmır – AÇIQLAMA

Hazırda oxunan: Bakıya buna görə qar yağmır – AÇIQLAMA

232413

Son illər Bakıya qar yağmaması birmənalı qarşılanmır. Zaman-zaman mediada iqlim dəyişiklikləri və qlobal istiləşmə barədə çox danışılır, bununla bağlı müxtəlif yazılar dərc olunur. Hətta tez-tez "son 40 ilin ən sərt qışı olacaq, qar yağacaq" kimi xəbərlərə də rast gəlinir. Lakin ortada heç nə yoxdur.

Bizim.Media xəbər verir ki, “globalinfo.az”a danışan iqlimşünas Məhərrəm Mehdiyevin sözlərinə görə, Bakıya qarın yağmamasının səbəbi qolfstrim cərəyanının zəifləməsidir.

O, iqlim dəyişmələrinin baş verdiyini vurğulayıb:

"Bilirsiniz, qolfstrim cərəyanı öz fəaliyyətini yaxşı göstərəndə Bakıya qar yağır. İndi Avropa ölkələri və Rusiya deyir ki, qolfstrim çox zəifləyib. Belə getsə, tamamilə sıfra çata, bundan sonra da qolfstrim cərəyanı əksinə hərəkət edə bilər. Bu mənada qolfstrimin zəifləməsi həmin o qar kütlələrinin bizə, ümumiyyətlə, Cənubi Qafqaza, Orta Asiyaya gəlməsini çox zəiflədib".

İqlimşünas deyib ki, hündürlükdə qar yağsa da, bizə yağış gəlib çatmış olur:

"Alimlərimiz nə deyirsə, onunla razılaşırıq. Həm də bilirsiniz, iqlim dəyişmələri baş verib, orta temperatur artıb. Bəlkə də 200-300 metrlikdə qar yağır, amma atmosfer havasına, yəni bizim 100 metrlik havaya çatanda yağışa çevrilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO