Yaşlı qadını tövlədə saxlayan bibisi oğlu İMİŞ – ŞOK TƏFƏRRÜAT - VİDEO

Yaşlı qadını tövlədə saxlayan bibisi oğlu İMİŞ – ŞOK TƏFƏRRÜAT - VİDEO

Hazırda oxunan: Yaşlı qadını tövlədə saxlayan bibisi oğlu İMİŞ – ŞOK TƏFƏRRÜAT - VİDEO

23236

Xəbər  verildiyi kimi Gədəbəydə tükürpədici olay yaşanıb. 85 yaşlı Səkinə Həsənovanın şiddətə və işgəncəyə məruz qalması ilə bağlı dəhşətli videogorüntülər ortaya çıxıb.

Görüntülərdə rayonunun İvanovka kəndində tövlədə boğazı və əlləri bağlı vəziyyətdə saxlanılan qadının Qəzənfər adlı şəxs tərəfindən şiddət gördüyü əks olunub. 

Bizim.Media məlum olayın təfərrüatlarını öyrənməyə çalışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Gədəbəydə ŞOK HADİSƏ - Yaşlı qadını boğazı və əlləri bağlı tövlədə saxladılar - VİDEO


Gədəbəy rayonu İvanovka kənd ərazi nümayəndə rəhbəri Bahəddin Tağıyev saytımıza açıqlamasında sözügedən hadisənin araşdırıldığını qeyd edib:

“Biz də görüntülərlə yeni tanış olmuşuq. Rayon prokurorluğu və aidiyyəti qurumlar da məsələ ilə maraqlanır. Səkinə xanım Daşkəsən qeydiyyatındadır, uzun müddtdir bizim kənddə yaşayır. Qadın ailə qurmayıb, qohumları olsa da, onların yanında qalmırdı. Əqli cəhətdən zəifdir və normal insan deyil. Uzun müddətdir ki, bibisi oğlu Qəzənfər Hacıyevin evində qalırdı. Qadının tövləyə bağlanması, işgəncə görməsi və görüntülərin kim tərəfindən çəkildiyi araşdırılır. Dəqiq məlumat hələki yoxdur”.

Qeyd edək ki, sözügedən görüntüləri “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşıb.

Kəmalə Ağazadə isə saytımıza açıqlamasında məsələnin Daxili İşlər Nazirliyi tərəfindən obyektiv araşdırılması üçün çağırış edib. 

Alçina Amilqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO