Bu gün səsvermə başa çatdıqdan sonra seçki məntəqələrinin protokolları əsasında seçkinin ilkin nəticələri ictimaiyyətə açıqlanacaq.
Bizim.Media xəbər verir ki, bunu bələdiyyə seçkiləri ilə bağlı keçirilən brifinqdə Mərkəzi Seçki komissiyasının sədri Məzahir Pənahov deyib.
O bildirib ki, tam yekun nəticələr isə bütün araşdırmalar başa çatdıqda elan ediləcək:
"Artıq neçə ildir seçki günü ilkin nəticələrin açıqlanması təcrübəsi var. Bu gün də ilkin nəticələr elən olunacaq. MSK bələdiyyə seçkilərini ən gec halda 20 gün müddətində yekun vurmalıdır".
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:35 / 29.01.2025
Seçkilərin nəticələri bu tarixdə AÇIQLANACAQ
Hazırda oxunan: Seçkilərin nəticələri bu tarixdə AÇIQLANACAQ
Hazırda oxunan: Seçkilərin nəticələri bu tarixdə AÇIQLANACAQ
232214
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.