Bu gün Lənkəranda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, sərnişin avtobusu minik avtomobili ilə toqquşaraq onun üzərinə aşıb. Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.
Yaralılara ilkin tibbi yardım göstərilməsi üçün əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır. Yol polisi və digər müvafiq qurumlar qəza ilə bağlı təhqiqat aparır.
Sabutay, Bizim.Media, Cənub bürosu