Şengen vizalarının verilməsində YENİ QAYDALAR

Şengen vizalarının verilməsində YENİ QAYDALAR

Hazırda oxunan: Şengen vizalarının verilməsində YENİ QAYDALAR

23204

Şengen vizasını almaq istəyənlərin şəxsiyyətlərinin, bioqrafiyalarının və Avropa İttifaqına (Aİ) üzv dövlətlərin milli məlumat sistemlərinin qarşılıqlı inteqrasiyasının daha dəqiq yoxlanılması Avropa İttifaqına daxil olmağa icazə verilərkən bütün Şengen zonasına şamil edilir.

Bizim.Media xəbər verir ki, Aİ Şurası son iclasında bu vizaların verilməsi üçün yeni qaydalar qəbul edib.

Yeni qaydalar aplikantların yoxlanmasını sərtləşdirməyə və onların arasından miqrasiya qaydalarına riayət etməyənləri və ya bütün zonanın təhlükəsizliyi üçün risk yarada biləcək qanun pozucularını müəyyənləşdirməyə kömək edəcək.

Bu tədbirlər Şengen turist vizaları verilərkən təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə yönəlib.

Yeni qaydalara görə, Şengen vizası almaq istəyənlərin fotoşəkili əvvəlcə deyil, sənədlərin təqdim edildiyi gün çəkilməlidir.

Bu qayda 6 yaşından başlayaraq hər kəsə şamil edilir. Şengen vizası barmaq izləri kimi biometrik məlumatları tələb edir.

Bu məlumatlar bazada 5 il ərzində saxlanılacaq və Avropa İttifaqına üzv olan bütün dövlətlərin hüquq-mühafizə orqanlarının həmin bazaya çıxışı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO