2024-cü ildə 41 şəxs Ermənistanın mina terrorunun qurbanı olub.
Bizim.Media xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda 2024-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.
Baş prokuror bildirib ki, 41 şəxs 2024-cü ildə mina və hərbi sursat partlayışlarının qurbanı olub. Onlardan 5 nəfər həlak olub, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş prokuror, həmçinin, qeyd edib ki, 382 şəxs 2020-ci ilin noyabr ayından hazırki vaxtadək mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 70-i həlak olub, 312 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:06 / 27.01.2025
Ötən il mina qurbanı olan şəxslərin sayı AÇIQLANDI
Hazırda oxunan: Ötən il mina qurbanı olan şəxslərin sayı AÇIQLANDI
Hazırda oxunan: Ötən il mina qurbanı olan şəxslərin sayı AÇIQLANDI
231901
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.