Səbail Rayon İcra Hakimiyyətində yeni müavin təyinatı olub.
Bizim.Media xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısının əmrinə əsasən RİHB-nın müavini Şixəmmədov Vüqar Nurməmməd oğlu Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini vəzifəsinə təyin edilib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! Xalidə Bayramova işdən çıxarıldı
Səbail Rayon İcra Hakimiyyəti başçısının əmri ilə Həşimova Kəmalə Ləzgi qızı isə Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib.
Buna qədər o, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Səbail icra başçısının birinci müavini Xalidə Bayramova mayın 6-da vəzifəsindən azad edilmişdi.
Bizim.Media