Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.
Bizim.Media məlumatına görə, müraciətdə deyilir:
"Həftəsonu əhalinin təsərrüfat, yaxud istirahət məqsədilə hərəkətliliyinin artması avtomobil yollarında nəqliyyatın intensivliyinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Bununla bağlı yerli və respublika əhəmiyyətli avtomobil yollarında təhlükəsizlik tədbirlər gücləndirilsə də, sürücülər tərəfindən yol hərəkəti qaydalarına riayət edilməməsi, tələskənliyə, diqqətsizliyə yol verilməsi səbəbindən bəzən həftəsonları ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının şahidi oluruq.
Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, hərəkət zamanı düzgün ara məsafəsi seçməyi, sürət rejiminə, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir, mənzil başına təhlükəsiz çatmaq üçün məsuliyyət hissini unutmamağı xahiş edir".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:51 / 25.01.2025
Regionlara səfər etmək istəyən sürücülərin NƏZƏRİNƏ
Hazırda oxunan: Regionlara səfər etmək istəyən sürücülərin NƏZƏRİNƏ
Hazırda oxunan: Regionlara səfər etmək istəyən sürücülərin NƏZƏRİNƏ
231658
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.