Şəmkirdə baş verən ağır qəzanın yeni detalları məlum olub.
Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində saat 23:00-da baş verib.
MÖVZU İLƏ BAĞLI:
Şəmkirdə DƏHŞƏT – 5 nəfər həyatını İTİRDİ
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırma aparıblar.
Araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakini, 26 yaşlı Xətai Əliyev Qazax rayonu istiqamətində hərəkətdə olarkən əks hərəkət zolağına daxil olub, qarşıdan gələn, Şəmkir rayon sakini 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi "Niva" markalı avtomobil ilə toqquşub. Hadisə nəticəsində VAZ-2106-nın sürücüsü və həmin avtomobildə olan sərnişinlər Şəmkir rayon sakini 28 yaşlı Röyal Allahverdiyev, həmçinin "Niva" markalı avtomobilin sürücüsü və həmin avtomobilin sərnişini Şəmkir rayon sakini 53 yaşlı Elşən Xudaverdiyev və hələlik kimliyi istintaqa məlum olmayan daha bir nəfər ölüb, VAZ-2106-da olan digər sərnişin 1996-cı il təvəllüdlü Elçin Orucov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media