Naringi sevənlərin DİQQƏTİNƏ – Həddən artıq yedikdə bədəndə bu dəyişikliklər baş verir

Naringi sevənlərin DİQQƏTİNƏ – Həddən artıq yedikdə bədəndə bu dəyişikliklər baş verir

Hazırda oxunan: Naringi sevənlərin DİQQƏTİNƏ – Həddən artıq yedikdə bədəndə bu dəyişikliklər baş verir

231639

Sitrus meyvələri vitaminlərlə çox zəngindir. Lakin həddən artıq naringi qəbul etmək orqanizmdə müəyyən problemlərə yol açır.

Bizim.Media xəbər verir ki, naringilər vitaminlərlə zəngindir və çox da yüksək kalorili deyil.
 

Lakin onları həddən çox yemək bir çox hallarda ziyanlıdır. Alimlər müəyyən edib ki, bu meyvədən maksimum fayda və həzz almaq istəyirsinizsə, o zaman sutkada ancaq 200-250 qram naringi yeməlisiniz.


100 qram naringidə cəmi 38 kkal və 8 q karbohidrat var. Həmçinin, bu sitrus meyvəsi lif, vitamin, minerallar və bioflavonoidlər mənbəyidir.

Lakin hətta sağlam insanda da sitrus meyvələrinin, o cümlədən naringilərin həddindən artıq istehlakı dəri səpgiləri və qaşınma ilə müşayiət olunan psevdoallergik reaksiyaya səbəb ola bilər.

Dietoloqlar müəyyən ediblər ki, 100 qram naringidən C vitamininin gündəlik tələbatının 40%-ni, həmçinin A və B qrupunun lazımi vitaminlərini ala bilərsiniz.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO