“Bakı ermənilərin Qarabağdakı evlərinə qayıtmasını istisna etmir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib. O, ərazi mübadiləsindən söhbət getmədiyini də vurğulayıb.
O bildirib ki, bu cür qayıdış formasına gələcəkdə baxıla bilər.
“Ölkəmiz keçmiş DQMV-nin (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti) erməni əhalisinin Azərbaycan ərazisində inteqrasiyasına hazır olduğunu dəfələrlə ən yüksək səviyyədə təsdiqləyib. Ancaq ərazidə yaşamaq hüququ onun zorla qopardılması ilə əvəz olunmamalıdır. Buna görə də sizin sualınıza cavabım – bəli, onlar (ermənilər) Azərbaycanda bizim ölkənin vətəndaşı olaraq, münaqişəyə qədər yaşadıqları kimi yaşaya bilərlər”, – Rzayev deyib.
Komitə sədri Xankəndində, Xocalı və Ağdərədə yaşayan azərbaycanlıların etnik təmizləmə nəticəsində qovulduqlarını, hazırda həmin ərazilərdə yalnız ermənilərin yaşadıqlarını da qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:30 / 01.06.2021
“Rəsmi Bakı ermənilərin qayıdışını müzakirə edə bilər” - ''Qaçqınkom'' sədri
Hazırda oxunan: “Rəsmi Bakı ermənilərin qayıdışını müzakirə edə bilər” - ''Qaçqınkom'' sədri
Hazırda oxunan: “Rəsmi Bakı ermənilərin qayıdışını müzakirə edə bilər” - ''Qaçqınkom'' sədri
23161
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.