Yaşıl və qara zeytun demək olar ki, bu gün qida rasionumuzun bir hissəsinə çevrilib. Onları tərəvəz kimi yeyirik, həmçinin salatlarda, isti yeməklərdə, qəlyanaltılarda istifadə edirik. Zeytun yağı isə bir çox evdar qadınların və peşəkar aşpazların əvəzolunmazına çevrilib.
Bəs yaşıl və qara zeytunun bir-birindən fərqi nədir?
Bizim.Media-nın məlumatına görə, yaşıl və qara zeytun əslində eyni ağacda yetişsə də fərqli tərkibə malikdir.
Belə ki, zeytunun yaşıl növü əsasən payızın əvvəlindən ortalarına qədər, bir qədər yetişmiş olan qara zeytun isə payızın sonlarından qışın əvvəlinə qədər yığılır.
Yeri gəlmişkən, ağacda yetişərkən zeytun digər rənglərə sahib ola bilir: açıq yaşıl (demək olar ki, ağ), çəhrayı, qırmızı, tünd bənövşəyi, tünd qırmızı, bənövşəyi.
Yaşıl halda yığılan meyvələr çox zaman emaldan sonra, yəni oksigenlə doyduqdan sonra qara rəngdə olur. Yaşıl zeytunu acı dada malik olduğundan çiy halda yemək olmaz. Buna görə o, yığım sonrası duzlanır və konservləşdirilir. Qara zeytun isə birbaşa ağacdan yeyilə bilər. Onlar daha yumşaq və şirin olurlar.
Yaşıl zeytun adətən soyuq qəlyanaltılarda məsələn, salatlarda istehlak edilir və tez-tez isti yeməklərə, pizzaya və ya şorbaya əlavə edilir. Yetişmiş zeytunlar isə istehsal zamanı oksidləşməyə məruz qaldığından yalnız soyuq halda istifadə edilməlidir. Qara zeytun emala daha çox məruz qaldığından yaşıl növünə nisbətən faydalı xüsusiyyətlərini daha tez itirirlər.
Ümumiyyətlə isə zeytunun hər iki növü orqanizm üçün bir sıra faydalı xüsusiyyətlərə malikdir.
O, qanda zərərli xolesterini azaldır, təbii antioksidantdır, yəni müxtəlif xəstəliklərin inkişafının qarşısını alır və qocalma prosesini ləngidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:18 / 24.01.2025
Süfrələrin əvəzolunmazı olan yaşıl və qara zeytun - Hansı daha FAYDALIDIR?
Hazırda oxunan: Süfrələrin əvəzolunmazı olan yaşıl və qara zeytun - Hansı daha FAYDALIDIR?
Hazırda oxunan: Süfrələrin əvəzolunmazı olan yaşıl və qara zeytun - Hansı daha FAYDALIDIR?
231578
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.