Minimum əmək haqqı artdı: Sahibkarlar nə qədər sosial haqq ödəyəcəklər? - RƏQƏMLƏR - FOTO

Minimum əmək haqqı artdı: Sahibkarlar nə qədər sosial haqq ödəyəcəklər? - RƏQƏMLƏR - FOTO

Hazırda oxunan: Minimum əmək haqqı artdı: Sahibkarlar nə qədər sosial haqq ödəyəcəklər? - RƏQƏMLƏR - FOTO

231525

“Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların ödədiyi sosial haqların məbləği minimum əmək haqqı ilə bağlıdır. Bu il yanvarın 1-dən minimum əmək haqqı artırıldığı üçün sosial haqların məbləğində dəyişikliklər də baş verdi”. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. 

O bildirib ki, əhalinin sosial təminatının daha gücləndirilməsi üçün minimum əmək haqqının mütəmadi artırıldığını nəzərə alaraq sahibkarlar üçün differensial sosial haqların müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı: 

“Belə ki, sosial haqlar üzrə faizlərin sahibkarların əldə etdiyi gəlirə uyğunlaşdırılması və nisbətən az daxilolmaları olan fiziki şəxslərin daha aşağı faizli sosial sığortaya cəlbi məqsədəuyğundur. Bu, nəticədə, minimum əmək haqqı məbləğləri artırılanda daha az gəliri olan sahibkarların sosial sığorta ödənişlərində nisbətən az artımla müşahidə oluna bilər". 

V.Bayramov bu ilin yanvarın 1-dən tətbiq olunacaq sosial sığorta haqlarının yeni məbləğlərini təqdim edib. 

Bakı şəhərində: Tikinti üzrə 200 manat (400 manat x 50 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 100 manat (400 manat x 25 faiz); 

Sumqayıt və Gəncə şəhərlərində: tikinti üzrə 180 manat (400 manat x 50 faiz x 90 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 90 manat (400 manat x 25 faiz x 90 faiz); 

Digər şəhərlərdə: tikinti üzrə 160 manat (400 manat x 50 faiz x 80 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 80 manat (400 manat x 25 fazi x 80 faiz); 


Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə: tikinti üzrə 120 manat (400 manat x 50 faiz x 60 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 60 manat (400 manat x 25 faiz x 60 faiz); 

Kənd yerlərində: tikinti üzrə 100 manat (400 manat x 50 faiz x 50 faiz), digər sahələrdə (xidmət, ticarət və s.) 50 manat (400 manat x 25 faiz x 50 faiz). 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO