Üzərinə həbs qoyulan əmlakın satılması və icarəyə verilməsi ilə bağlı DƏYİŞİKLİK

Üzərinə həbs qoyulan əmlakın satılması və icarəyə verilməsi ilə bağlı DƏYİŞİKLİK

Hazırda oxunan: Üzərinə həbs qoyulan əmlakın satılması və icarəyə verilməsi ilə bağlı DƏYİŞİKLİK

231492

Azərbaycanda üzərinə həbs qoyulan əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və yaxud idarəetməyə verilməsi qaydalarını Nazirlər Kabineti təsdiqləyəcək. 

Bizim.Media xəbər verir ki, bu, Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. 

Sənəd parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. 
 

Qeyd olunub ki, dəyişikliklər mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaqla yanaşı, eyni zamanda üzərinə həbs qoyulmuş əmlakın dəyərinin itirilməsinin qarşısını almağa, son nəticədə əmlak mülkiyyətçisinin mülkiyyət hüquqlarının qorunmasına xidmət edir. 


Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi ilə əlaqədar tədbirlər mülkiyyət hüququnun məzmunu ilə bağlı olduğundan Mülki Məcəlləsinə müvafiq dəyişiklik təklif olunur. 

Qanun layihəsinin Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların müəyyən edildiyi gündən qüvvəyə minməsi nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO