Həkimlərdən MƏSLƏHƏT: Tez-tez qucaqlaşın

Həkimlərdən MƏSLƏHƏT: Tez-tez qucaqlaşın

Hazırda oxunan: Həkimlərdən MƏSLƏHƏT: Tez-tez qucaqlaşın

231203

Rusiyalı psixoterapevt İrina Kraşkina qucaqlamağı stress və emosional diskomfortla mübarizədə effektiv üsul adlandırıb.

Bizim.Media xəbər verir ki, o, RİA Novosti-yə əhvalınızı yaxşılaşdırmağın bu xoş üsulu haqqında danışıb.

Həkim rusiyalılara daha tez-tez qucaqlaşmağı tövsiyə edib, çünki qucaqlaşma psixi sağlamlıq üçün faydalıdır, stress hormonu kortizolun istehsalını boğaraq narahatlıq və depressiyanı azaltmağa kömək edir.
 

Qucaqlaşmalar zamanı əhval-ruhiyyə həm də sevgi və sevinc hormonunun - oksitosinin istehsalının stimullaşdırılması hesabına yaxşılaşır ki, bu da sevgi və inam hiss etməyə kömək edir.


“Psixi sağlamlığa bu müsbət təsir həm də dəridə sinir reseptorlarının aktivləşməsi ilə izah olunur ki, bu da endorfinlərin – təbii analjeziklərin və antidepresanların ifraz olunmasına gətirib çıxarır”, - deyə psixoterapevt bildirib.

Bundan əlavə, Kraşkinanın qeyd etdiyi kimi, qucaqlaşmaq immunitet sistemi üçün faydalıdır. Onun sözlərinə görə, araşdırmalar göstərib ki, yaxınlarını tez-tez qucaqlayan insanlar stress səviyyəsinin azalması səbəbindən infeksiyalara qarşı daha davamlı olurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO