“4 manat ödə, 750 manat qazan” FIRILDAĞI - Supermarketlər şəbəkəsi adından DƏLƏDUZLUQ – FOTO

“4 manat ödə, 750 manat qazan” FIRILDAĞI - Supermarketlər şəbəkəsi adından DƏLƏDUZLUQ – FOTO

Hazırda oxunan: “4 manat ödə, 750 manat qazan” FIRILDAĞI - Supermarketlər şəbəkəsi adından DƏLƏDUZLUQ – FOTO

231173

Sosial şəbəkələr üzərində növbəti fırıldaqçılıq metodu yayılıb. Bu dəfə kiberdələduzlar “Araz” supermarketlər şəbəkəsinin adından istifadə edirlər. Guya ki, supermarketlər şəbəkəsi 59 yaşdan yuxarı alıcılar üçün kampaniya təşkil edib. Bu kampaniya çərçivəsində bu yaşda olan alıcılara 750 manatlıq hədiyyə kartı verilir.

Bu kartı almaq istəyənlərsə, əvvəlcə özlərinin bütün şəxsi məlumatlarını saxta saytdakı bölməyə yerləşdirməlidirlər. Daha sonra isə kartın çatdırılması üçün 4 manat ödəməlidirlər.

Məsələ ilə bağlı “Araz” supermarketlər şəbəkəsi ilə əlaqə saxladıq. Şəbəkədən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, "Araz" supermarketlər şəbəkəsi müştərilərinə naməlum mənbələrdən yayılan yarışma, müsabiqə tipli paylaşımlara və keçidlərə inanmamağı tövsiyə edir:

“Xahiş edirik ki, yalnız rəsmi hesablarımızda paylaşılan məlumatlara etibar etsinlər. Qeyd edək ki, "Araz" supermarketlər şəbəkəsi müştərilərini daim uyğun qiymətə keyfiyyətli qida və qeyri-qida məhsulları ilə təmin edən və onlara yüksək səviyyəli xidmət göstərən müasir pərakəndə ticarət şəbəkəsidir.

Müştərilərimizin istənilən mövzuda hər hansı sualı yaranarsa, 924 Çağı mərkəzi və ya sosial media hesablarımız vasitəsilə bizə müraciət edə bilərlər”.



Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO