Bakı Kommersiya Məhkəməsinin qərarı ilə müflis elan edilmiş “Lider TV və Radio-Azərbaycan” MMC-yə əmlak inzibatçısı təyin edilib.
Bizim.Media xəbər verir ki, bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleqüllə) texniki direktoru Mikayıl Hümmət oğlu Abbasovdur.
MÖVZU İLƏ BAĞLI:
“Lider bağlanır”, “Space”in əməkdaşlarına isə maaş paylanılır - ÖZƏL
Xatırladaq ki, ötən gün bağlanmış teleradio şirkəti "Teleqüllə"yə borclu olub. Odur ki, onun əmlakını da "Teleqüllə"nin rəhbəri satacaq.
Bizim.Media