Dəniz yosunu görün nələrə dərmandır: Həftədə cəmi 100 qram...

Dəniz yosunu görün nələrə dərmandır: Həftədə cəmi 100 qram...

Hazırda oxunan: Dəniz yosunu görün nələrə dərmandır: Həftədə cəmi 100 qram...

230748

Dəniz yosunu istehlak etmək ürək əzələsinin səmərəli işləməsinə kömək edir və bununla da infarkt və insult riskini azaldır.

Bizim.Media publika.az-a istinadən xəbər verir ki, bu barədə Charite klinikasının aparıcı alman kardioloqu Volfqanq Haydelberqer "Deutsche Gesundheit Nachrichten"ə müsahibəsində paylaşıb.

Almaniyanın aparıcı universitetlərinin alimləri tərəfindən aparılan araşdırmaya görə, dəniz yosunu müntəzəm istehlakı infarkt və insult riskini 37% azalda bilər. Bu, dəniz yosunlarında olan yod, kalium və maqneziumun unikal birləşməsindən qaynaqlanır.
 

Heidelberger qeyd edir: "Həftədə cəmi 100 qram dəniz yosunu ürəyin fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra və qan təzyiqini normallaşdıra bilər".


15 000 insanın iştirak etdiyi araşdırma beş il ərzində müntəzəm olaraq dəniz yosunu istehlak edənlər arasında ürək-damar xəstəliklərinin ümumi hallarının nəzarət qrupu ilə müqayisədə 42% azaldığını göstərib.

Aşkar faydalı xüsusiyyətlərə baxmayaraq, kardioloq dəniz yosunlarının həddindən artıq istehlakına qarşı xəbərdarlıq edib. Mütəxəssis qeyd edib ki, həddindən artıq yod xüsusilə qalxanvari vəzi xəstəlikləri olan insanlar üçün təhlükəli ola bilər.

Heidelberger həftədə 150-200 qramdan artıq dəniz yosunu yeməməyi tövsiyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO