Yanvarın 20-də Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.
Bizim.Media bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.
Bildirilib ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 Yanvar”, həmçinin Şəhidlər Xiyabanına ən yaxın məsafələrdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri görülməklə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
"Qeyri-iş günü olduğundan qatarların hərəkət qrafiki dəyişdiriləcək, xəttə verilmək üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. Saat 12:00-da qatarların hərəkəti dayandırılacaq və qatarlardan siqnal veriləcək, şəhidlərin xatirəsi 1 dəqiqə mərasimlə anılacaq".
Qeyd edək ki, 35 il əvvəl yanvarın 19-dan 20-nə keçən qanlı gecənin günahsız qurbanları arasında “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da var.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:03 / 19.01.2025
Sabah saat 12:00-da metroda qatarların hərəkəti dayandırılacaq
Hazırda oxunan: Sabah saat 12:00-da metroda qatarların hərəkəti dayandırılacaq
Hazırda oxunan: Sabah saat 12:00-da metroda qatarların hərəkəti dayandırılacaq
230742
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.