Türkiyə Ali Məhkəməsinin baş prokuroru Heydər Əliyev Mərkəzində - FOTOLAR

Türkiyə Ali Məhkəməsinin baş prokuroru Heydər Əliyev Mərkəzində - FOTOLAR

Hazırda oxunan: Türkiyə Ali Məhkəməsinin baş prokuroru Heydər Əliyev Mərkəzində - FOTOLAR

23051

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahin Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdədir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzinə səfər edib, orada yerləşən muzey və eksponatlar barədə onlara ətraflı məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyənin Baş Prokuroru Fəxri Xiyaban və Hərbi Qənimətlər Parkında - VİDEO


Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binası ilə tanış olublar.

Qonaqlar, həmçinin, Baş Prokurorluğun paytaxtın Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsində inzibati bina kompleksinə gəlib. Səmərəli işləmək üçün bütün imkanların yaradıldığı müasir inzibati bina kompleksi ilə bağlı Baş Prokuror Kamran Əliyev nümayəndə heyətinin üzvlərinə geniş məlumat verib.

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.

İctimaiyyətə səfərin gedişatı barədə ətraflı məlumat veriləcək.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO