Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda əksini tapıb.
Sənədə əsasən, Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası rəqəmsal texnologiyaların tətbiqi yolu ilə dövlət idarəetməsinin təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və vətəndaşların həyat keyfiyyətinin artırılmasını hədəfləyir.
Bu Konsepsiya rəqəmsal hökumət, rəqəmsal iqtisadiyyat və rəqəmsal cəmiyyət prinsipləri əsasında hazırlanmışdır. Məqsəd vətəndaşların rifahını yüksəltmək, dövlət xidmətlərini modernləşdirmək və iqtisadiyyatın rəqəmsal transformasiyasını sürətləndirməkdir.
Konsepsiyada rəqəmsal iqtisadiyyatın inkişafı üçün İKT infrastrukturunun təkmilləşdirilməsi, biznes və startap ekosistemlərinin gücləndirilməsi nəzərdə tutulur. Həmçinin, rəqəmsal texnologiyaların, xüsusən süni intellekt və blokçeyn kimi innovasiyaların tətbiqi əsas məqsədlərdən biri olaraq müəyyən edilib.
Dövlət idarəetməsi rəqəmsal texnologiyalara əsaslanan daha çevik və şəffaf proseslərlə təmin ediləcək, kağız daşıyıcılardan tamamilə imtina olunaraq “rəqəmsal hökumət”ə keçid baş verəcək, böyükhəcmli məlumatların təhlili, süni intellekt və bulud texnologiyaları kimi innovasiyalar tətbiq olunacaq.
Rəqəmsal cəmiyyət üçün rəqəmsal savadlılıq artırılacaq, kibertəhlükəsizlik təmin ediləcəkdir.
İKT üzrə mütəxəssislərin hazırlanması, tədris proqramlarının müasirləşdirilməsi və İKT üzrə işçilərin əməkhaqqı səviyyəsinin artırılması prioritet məsələlərdir. Biznes prosesləri rəqəmsal platformalara keçid edəcək, dövlət-özəl tərəfdaşlığı genişləndiriləcək, IV Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə iqtisadiyyatın müxtəlif sektorları rəqəmsallaşdırılacaq, startapların və innovativ ekosistemin inkişafına dəstək göstəriləcəkdir. Milli kibertəhlükəsizlik strategiyası çərçivəsində dövlətin, biznesin və fərdi məlumatların qorunması üçün qabaqlayıcı tədbirlər görüləcək, dövlət informasiya sistemləri və ehtiyyatları müasir təhlükəsizlik standartlarına uyğun şəkildə inkişaf etdiriləcək.
“Hökumət buludu”, “açıq məlumatlar” və genişzolaqlı internet şəbəkələri genişləndiriləcək, 5G şəbəkələrinin qurulması və milli məlumat mərkəzlərinin inkişafı həyata keçiriləcək.
Konsepsiyanın reallaşdırılması nəticəsində dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə prosesləri təkmilləşəcək, göstərilən dövlət xidmətləri rəqəmsal platformaya transformasiya ediləcək, formalaşan yeni texnoloji tələblər əsasında dəyişən iqtisadi fəaliyyətlərin çevik uyğunlaşması baş verəcək, insan və texnoloji kapitalın ölkə daxilində saxlanılması təmin ediləcək, eləcə də ölkənin dünya bazarlarında rəqabət qabiliyyəti artacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:16 / 16.01.2025
Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq
Hazırda oxunan: Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq
Hazırda oxunan: Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq
230294
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.