Sevinci uşaqlarının yanında öldürən ərinə 18 il HƏBS VERİLDİ

Sevinci uşaqlarının yanında öldürən ərinə 18 il HƏBS VERİLDİ

Hazırda oxunan: Sevinci uşaqlarının yanında öldürən ərinə 18 il HƏBS VERİLDİ

229962

Ötən il aprelin 28-də Xırdalanda həyat yoldaşını qətlə yetirmiş 1974-cü il təvəllüdlü Laçın Əhmədağayevin məhkəməsi başa çatıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, L.Əhmədağayev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Ona 18 il həbs cəzası verilib.

Bildirilib ki, Oğuz rayonundan olan ailədə söz-söhbətlər Laçının qardaşının ailəsinə görə olub.

Belə ki, qardaşının ailəsindəki mübahisəyə görə Sevincin qayını arvadını müdafiə etməsini görən Laçın buna əsəbiləşib. O, arvadının hansı səbəbdən eltisini müdafiə etdiyini soruşub və dava-dalaş salıb.

Bundan sonra Laçın azyaşlı övladlarının gözləri qarşısında həyat yoldaşının boğazını kəsərək qətlə yetirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO