Kürdəmirdə avtomobil yanaraq külə dönüb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücü Tovuz rayon sakini Paşayev İlkin İlqar oğlu özünə məxsus “FORD” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən avtomobildə anidən yanğın baş verib və avtomobil yanaraq külə dönüb.
Hadisə yerinə FHN-in Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
Yanğının avtomobilin elektrik sistemində olan nasazlıqdan baş verdiyi bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu