Elman Paşayevin adı daha bir dələduzluqda HALLANIR

Elman Paşayevin adı daha bir dələduzluqda HALLANIR

Hazırda oxunan: Elman Paşayevin adı daha bir dələduzluqda HALLANIR

229812

Moskvada azərbaycanlı sabiq vəkil Elman Paşayevə ikinci dələduzluq epizodu üzrə ittiham irəli sürülüb. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva Qarnizon Hərbi Məhkəməsində elan olunan cinayət işinin materiallarında qeyd olunub. 

"Sizə qarşı iş qaldırılıb və şübhəli şəxs elan edilirsiniz", - hakim bildirib. 
 

İşdə zərərçəkmiş qismində iclasda iştirak etməyən Zaxarov soyadlı şəxs keçir. Bildirilib ki, Paşayev heç bir epizod üzrə özünü təqsirli hesab etmir. Hərbi məhkəmənin iclası qapalı olacaq. 


Qeyd edək ki, E.Paşayev sentyabrın 18-də hərbi müstəntiqlər tərəfindən saxlanılıb. O, 46 milyon rubldan çox məbləğdə dələduzluqda ittiham olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO