Xəbər verdiyimiz kimi, Xalq artisti Ofeliya Sənani bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, axşam.az-a açıqlama verən aparıcı bildirib ki, artıq evə buraxılıb.
O.Sənani özünü yaxşı hiss etmədiyini, müalicəsinin davam etdiyini bildirib:
"Bir həftə əvvəl xəstəxanadan evə buraxılmışam. Amma yaxşı deyiləm. Müalicəm davam edir. Həkimlər deyir ki, hələ uzun müddət müalicə almalıyam".
Teleaparıcı böyrəklərində problem olduğunu vurğulayıb:
"Böyrəklərim işləmir, qan təzyiqim yüksəkdir. Əməliyyat isə olmaz. Çünki xroniki problemdir. Əməliyyat olsam belə, problem aradan qalxmayacaq".
Qeyd edək ki, O.Sənani bir müddət əvvəl də xəstəxanaya yerləşdirilmişdi. O, infarkt keçirtdiyini açıqlamışdı.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:13 / 10.01.2025
Ofeliya Sənani səhhətindən danışdı: "Yaxşı deyiləm"
Hazırda oxunan: Ofeliya Sənani səhhətindən danışdı: "Yaxşı deyiləm"
Hazırda oxunan: Ofeliya Sənani səhhətindən danışdı: "Yaxşı deyiləm"
229451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.