Əməliyyat etdiyi xəstəni komaya salan klinikanın rəhbəri: "Məşğulam, danışa bilmirəm" - FOTO

Əməliyyat etdiyi xəstəni komaya salan klinikanın rəhbəri: "Məşğulam, danışa bilmirəm" - FOTO

Hazırda oxunan: Əməliyyat etdiyi xəstəni komaya salan klinikanın rəhbəri: "Məşğulam, danışa bilmirəm" - FOTO

229442

Bir müddətdir, Bakıda yerləşən "Mərcan Medicare" klinikası xoşagəlməyən xəbərlərlə gündəmdədir.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, klinikanın adı öncə 2024-ci ilin dekabrında bloqer Nərmin Bəylər qızı İsgəndərovanın (Mehdiyevanın) ölümü ilə bağlı hallandı.

Bloqerin noyabr ayında keçirdiyi bədənşəkilləndirmə əməliyyatından bir müddət sonra öldüyü məlum olanda onu əməliyyat edən həkim – Nurlan Həsənlinin diplomunun olmadığı iddia edildi.

Klinikanın baş həkimi Araz Ağayev həmin vaxt iddiaları təkzib edərək, əməliyyatı plastik cərrah Oruc Məmmədovun icra etdiyini, N.Həsənlinin onun köməkçisi olduğunu bildirdi. Üstəlik, Nurlan Həsənlinin Rusiyada tibb təhsili aldığını, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikada həkim köməkçisi kimi fəaliyyət göstərdiyini dedi.


Oxu.Az-ın Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bu gün əldə etdiyi məlumata görə, sözügedən məsələ ilə bağlı araşdırma aparılıb vəklinika cərimə edilib.

Növbəti xoşagəlməz hadisə 30 yaşlı Nəzrin Mansurovanın başına gəlib. Yanvarın 3-də “Mərcan Medicare” klinikasında burnundan əməliyyat olunan xanımın beynində fəsad yaranıb və komaya düşüb. “Liv Bona Dea Hospital”ın Reanimasiya şöbəsinə yerləşdirilən N.Mansurovasüni tənəffüs aparatına qoşulub.

N.Mansurovanın əməliyyatı ilə bağlı məlumat almaq üçün Oxu.Az “Mərcan” klinikasının baş həkimi Araz Ağayevlə əlaqə saxlayıb. O isə məşğul olduğunu deyərək telefonu söndürüb.

Maraqlıdır, baş həkim bu cür ağır hadisələrin fonunda nə işlə məşğuldur?

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO