Təyyarə qəzasında xəsarət alan bir nəfər EVƏ BURAXILDI - FOTO

Təyyarə qəzasında xəsarət alan bir nəfər EVƏ BURAXILDI - FOTO

Hazırda oxunan: Təyyarə qəzasında xəsarət alan bir nəfər EVƏ BURAXILDI - FOTO

229428

Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə beş nəfərin müalicəsi Yeni Klinikada davam etdirilir, bir nəfər bu gün kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib. 

“Təxliyə olunan zaman ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin kliniki və hemodinamik göstəriciləri stabilləşdikdən sonra stasionar müalicəsi də uğurla davam etdirilib. 

Hazırda stasionar müalicəsi davam etdirilən digər şəxslərdən 2 nəfərin vəziyyəti qənaətbəxş, 1 nəfərin vəziyyəti kafi, Reanimasiya şöbəsində müalicə alan 2 nəfərin vəziyyəti isə stabil ağır olaraq qiymətləndirilir. 

Məlumat üçün bildirək ki, ambulator müalicə üçün evə buraxılan şəxslərin sağlamlıq durumları həmin şəxslərin məskunlaşdığı ərazilərdəki aidiyyəti tibb müəssisələri tərəfindən nəzarətdə saxlanılır, zərurət yarandığı hallar üzrə psixoloji dəstəklə də təmin olunurlar” məlumatda qeyd olunub. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO