Polis əməkdaşkarının vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə həyata keçirdiyi profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlərlə rayon sakinləri qanunsuz olaraq saxladıqları 3 ədəd ov tüfəngini, “Kalaşnikov” markalı avtomatı və patronları könüllü olaraq polisə təhvil veriblər.
Vətəndaşlarlarla görüşlər, profilaktik söhbətlər davam etdirilir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal- Qərb bürosu