Həmcinslərini döyən sahibkara CƏZA VERİLDİ

Həmcinslərini döyən sahibkara CƏZA VERİLDİ

Hazırda oxunan: Həmcinslərini döyən sahibkara CƏZA VERİLDİ

229201

Qaradağ Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zəminə Səfərovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Səfərovaya şərti cəza verilib.
 

İttihama görə, Zəminə Səfərova 8 dekabr 2023-cü il tarixdə saat 16 radələrində ticarətlə məşğul olduğu "Sədərək" ticarət mərkəzində onunla yanaşı mağazada işləyən zərərçəkmiş Nailə Qafarovanın (şərti) satışda olan geyim paltarlarının, manekenin ona maneçilik törətməsini bəhanə edərək səliqəsiz vəziyyətə salıb. Sonra o, zərərçəkmişin boğazından tutub dizləri üstə yerə çırpıb, saçlarından dartıb. Daha sonra dəmir boru ilə Nailəyə zərbələr endirib.


Bundan başqa, Zəminə Səfərova 21 yanvar 2024-cü il tarixdə saat 12 radələrində eyni bəhanə ilə Nailə ilə mübahisə edib, onu döyməyə başlayıb. Həmin vaxt onu sakitləşdirərək istəyən zərərçəkmiş Aygün Ələsgərovanı (şərti) da dəmir boru ilə vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO