Vətəndaşların 1,6 milyon manatını mənimsəyən şəxslə bağlı QƏRAR

Vətəndaşların 1,6 milyon manatını mənimsəyən şəxslə bağlı QƏRAR

Hazırda oxunan: Vətəndaşların 1,6 milyon manatını mənimsəyən şəxslə bağlı QƏRAR

229179

Bakı Apellyasiya Məhkəməsində xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Vaqif Alıyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Vaqif Alıyev Bakıda MMC-lərin birinin təsisçisi və direktoru olub. O, 4 nəfər şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq edib.
 

Belə ki, təqsirləndirilən şəxs həmin şəxslərə rəhbəri olduğu MMC-nin direktoru kimi guya London şəhərində yerləşən şirkətin rəhbər şəxsləri ilə yaxın münasibətlərinin olduğunu və onların icazəsi ilə aralarında olan razılaşmaya əsasən müxtəlif ölkələrdə keçirilən “Formula-1 Qran Pri” yarışlarında VİP zonalara biletlərin alınıb-satılmasını həyata keçirdiyini və bununla yüksək gəlir əldə etdiyini yalandan bildirib. Vaqif Alıyev bu yolla 2021-2022-ci illərdə həmin şəxslərdən ümumilikdə 1 623 415 manat pulunu ələ keçirib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO