Zaqatalada 3 yaşlı uşaq xəstəxanada ÖLDÜ - FOTO

Zaqatalada 3 yaşlı uşaq xəstəxanada ÖLDÜ - FOTO

Hazırda oxunan: Zaqatalada 3 yaşlı uşaq xəstəxanada ÖLDÜ - FOTO

229135

Zaqatalada xəstəxanada 3 yaşlı uşaq ölüb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Danaçı kənd sakini, 3 yaşlı Maxac Katmayev valideynləri tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə gətirilərkən onun vəziyyəti həddindən artıq pis olub.
 

Azyaşlı ilkin müayinə edildikdən sonra bəlli olub ki, Maxac Katmayevdə qızdırma, virus infeksiyası və pnevmoniya əlamətləri var. O, dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və müalicələrə başlanılıb.


Həyata keçirilən tibbi yardım və müalicələrə baxmayaraq, 3 yaşlı uşaq axşam saatlarında yerləşdirildiyi reanimasiya şöbəsində vəfat edib.

Zaqatala rayon prokurorluğunda faktla bağlı araşdırma başlanılıb.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO