Polis Bərdədə əməliyyat keçirdi - Həbs edilən var- FOTO

Polis Bərdədə əməliyyat keçirdi - Həbs edilən var- FOTO

Hazırda oxunan: Polis Bərdədə əməliyyat keçirdi - Həbs edilən var- FOTO

229024

Bərdədə 2 min manata avtomat satmaq istəyən şəxs həbs edilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən edilən çağırışlara baxmayaraq əllərdə olan silah-sursatı könüllü təhvil verməyən şəxslərin əməliyyat yolu ilə müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər məhkum olunan Şahlar Həsənov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvandan "Kalaşnikov" avtomatı, 29 ədəd patron və patron darağı aşkarlanıb. O, izahatında əldə etdiyi silah-sursatı 2000 manat müqabilində satmaq üçün özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Ş.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.

"Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat könüllü olaraq polisə təhvil verilməlidir. Qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir", məlumatda deyilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO