Azərbaycan əhalisinin neçə faizi rus və ingilis dilində danışa bilir? - STATİTSİKA

Azərbaycan əhalisinin neçə faizi rus və ingilis dilində danışa bilir? - STATİTSİKA

Hazırda oxunan: Azərbaycan əhalisinin neçə faizi rus və ingilis dilində danışa bilir? - STATİTSİKA

228969

Azərbaycan əhalisinin 7,5 faizi rus, 1,3 faizi ingilis dilində danışa bilir. 


Sfera.az 2019-cu il əhalinin siyahıyaalınma məlumatına əsasən xəbər verir ki, ölkə əhalisinin əsas hissəsini təşkil edən azərbaycanlıların 5,7 faizi (538 min nəfər) rus, 1,3 faizi (123 min nəfər) ingilis dilində danışa bilir. 


Digər etnoslarda rus və ingilis dili bilgisi kəskin fərqlənir. Azərbaycan vətəndaşı olan tatarların 97,8 faizi, ukraynalıların 90,2 faizi, udinlərin 82,2 faizi, yəhudilərin 72 faizi, başqa sözlə, adıçəkilən etnosların nümayəndələrinin əksəriyyəti rus dilində danışır. 


Rus dilini bilmə səviyyəsi ləzgilərdə (39 faiz), ermənilərdə (28 faiz), haputlarda (28 faiz), gürcülərdə (20 faiz), talışlarda (18 faiz), avarlarda (16 faiz) digərlərinə nisbətən yüksəkdir. 


İngilis dilini bilmə səviyyəsi ən yüksək yəhudilərdədir. Azərbaycan vətəndaşı olan yəhudilərin 8,6 faizi ingilis dilində danışa bilir. Digər etnoslardan ukraynalıların 5,3 faizi, rusların 4,8 faizi, tatarların 3,7 faizi, kürdlərin 2 faizi ingilis dilində danışır. 


Vasif

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO