Tıxaclara ALTERNATİV ÇÖZÜM - Pik saatlarda avtomobillərin hərəkəti pullu OLA BİLƏR?

Tıxaclara ALTERNATİV ÇÖZÜM - Pik saatlarda avtomobillərin hərəkəti pullu OLA BİLƏR?

Hazırda oxunan: Tıxaclara ALTERNATİV ÇÖZÜM - Pik saatlarda avtomobillərin hərəkəti pullu OLA BİLƏR?

228895

Tıxacla mübarizə əksər ölkələr üçün prioritetdir. Problemlə bağlı dünya ölkələrində müxtəlif layihələr həyata keçirilir. Məsələn, ABŞ-ın Nyu-York şəhərində pik saatlarda sürücülər mərkəzi yollarda hərəkət etmək üçün rüsum ödəməli olacaqlar.

"Associated Press"in məlumatına görə, yeni rüsum yanvarın 5-dən etibarən tətbiq edilməyə başlanılıb.

Bu qərar əhalinin sıx məskunlaşdığı şəhərdə nəqliyyat sıxlığını azaltmaq məqsədi daşıyır. Sürücülər pik saatlarda mərkəzi yollardan istifadəyə görə 9 dollar ödəyəcəklər.

Bəs belə bir qaydanın paytaxtımızda tətbiqi nə qədər effektiv olar?

Nəqliyyat üzrə ekspert Aslan Əsədov mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında qeyd edib ki, dünya ölkələrində tıxacla bağlı bir sıra layihələr sırf kommersiya məqsədi daşıyır:
 

MÖVZU İLƏ BAĞLI:

Ən qısa məsafəyə belə avtomobillə gedənlər - Maşın sürmək tənbəllik yaradır?


“Məsələn, mən düşünmürəm ki, 9 dollara görə sürücülər Nyu-Yorkun mərkəzi küçələrində hərəkət etməkdən imtina etsinlər. Yəqin ki, bu sırf maliyyə məqsədli bir layihədir. Nəzərə alaq ki, bir sıra iri şəhərlərdə yollardan və hətta körpülərdən istifadə üçün ödənişlər tətbiq edilir. Amma bu tətbiqlər tıxacların azalmasına o qədər də təsir etmir.

Ona görə də Bakının mərkəzi küçələrində pik saatlarında hərəkətin pullu olmasının perspektivinə inanmıram. Onsuz da şəhərdə avtomobillər üçün kifayət qədər məhdudlaşdırıcı tədbirlər görülüb. Lakin görülən inzibati tədbirlər tıxacların qarşısını hələki ala bilmir”.

Müsahibimiz hesab edir ki, tıxacların azaldılması üçün ilk növbədə ictimai nəqliyyat əlçatan olmalıdır:

“Avtobusa minən sərnişin rahat və arzuolunan vaxtda mənzil başına çatmalıdır. Lakin hələki bu mənzərədən çox-çox uzaqdayıq. Bundan əlavə, şəhərin mərkəzi küçələrində parklanma yerlərinin sayı və həcmi artırılmalıdır. Pulsuz parklanma yerləri daha çox olmalıdır ki, insanlar avtomobilini harada gəldi saxlamasın və süni tıxaclar yaranmasın”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO