"Show Me Azərbaijan" layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan xarici blogerlər Ağdam şəhər Cümə məscidində olublar.
Bizim.Media xəbər verir ki, blogerlərə ermənilərin məsciddə törətdikləri vandallıqla bağlı məlumat verilib.
Qeyd edək ki, "Show Me Azərbaijan" layihəsi çərçivəsində reallaşan səfər İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilir.
Layihənin məqsədi azad edilmiş ərazilərdə mövcud olan vəziyyəti, işğalın ağır nəticələrini, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və insanlığa qarşı cinayətləri beynəlxalq ictimaiyyətə beynəlxalq səviyyədə təqdim etməkdən ibarətdir. "Show Me Azərbaijan" layihəsində Şimali Amerika və Avrasiya daxil olmaqla 8 ölkədən ümumilikdə 12 sosial media fenomeni iştirak edir.(apa)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:56 / 30.05.2021
Blogerlər Ağdamın Cümə məscidində - FOTOLAR
Hazırda oxunan: Blogerlər Ağdamın Cümə məscidində - FOTOLAR
Hazırda oxunan: Blogerlər Ağdamın Cümə məscidində - FOTOLAR
22887
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.