Anası ölən şəxs yasda içərək qonşusunu bıçaqladı

Anası ölən şəxs yasda içərək qonşusunu bıçaqladı

Hazırda oxunan: Anası ölən şəxs yasda içərək qonşusunu bıçaqladı

228856

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Qalib Qədirovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü Q.Qədirova şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.


İttihama görə, hadisə 24 iyun 2024-cü il tarixdə, saat 20 radələrində Quba şəhəri, Arif Hüseynzadə küçəsində qeydə alınıb.

Belə ki, Qalib Qədirov yaşadığı evin qarşısında uzun müddətdir ədavəti olan qonşusu, zərərçəkmiş Rəvan Həsənovla (soyadı şərti) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin onu nalayiq ifadələrlə təhqir etməsi olub. Bu zaman təqsirləndirilən şəxs yaşadığı evdən ov bıçağını götürərək yenidən küçəyə çıxıb və Rəvanın qarnına zərbə endirib.

Hadisədən sonra saxlanılan Qalib Qədirov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Məhkəmədə o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, hadisədən əvvəl anası rəhmətə gedib. Anasının birinci cüməsində fikrini dağıtmaq üçün içki içib. Qonşusu olan Rəvan ona niyə içdiyini soruşub. O da "sənə nə var, niyə içirəm?" deyib. Bundan sonra davaları düşüb və nəticədə onu bıçaqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO