BŞİH-in tabeliyində olan qurum icra məmurunun tələblərini yerinə yetirmədi - Tədbir görüldü

BŞİH-in tabeliyində olan qurum icra məmurunun tələblərini yerinə yetirmədi - Tədbir görüldü

Hazırda oxunan: BŞİH-in tabeliyində olan qurum icra məmurunun tələblərini yerinə yetirmədi - Tədbir görüldü

228825

Nərimanov Rayon Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə yazılan inzibati protokola baxılıb.

Bizim.Media xəbər verir ki, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərarla qurum cərimələnib.

Xatırladaq ki, Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd edək ki, departamentin sədri Mehralıyev Rəfail İsa oğludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO